Bisping Qastelium

"CBC Sport" telekanalının “Xəzridən Xəzriyə” sənədli filmi təqdim olundu

Futbol 10.11.2017 19:35
"CBC Sport" telekanalının “Xəzridən Xəzriyə” sənədli filmi təqdim olundu
566 Dəfə oxunub
Bu gün Bakı Olimpiya Stadionunun media konfrans otağında "CBC Sport" telekanalının “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirildi. Film vaxtilə mövcud olan Buzovnanın “Xəzri” komandasına həsr edilib.

Filmin təqdimat mərasimi bir neçə maraqlı məqamla yadda qaldı. Tədbirin iştirakçıları filmi maraqla və həyəcanla izlədi. “Xəzri” komandasının futbolçuları ürək sözlərini bildirdilər. Nostalji hisslərə görə filmin yaradıcı heyətinə təşəkkür etdilər.

Qeyd edək ki, “Xəzridən Xəzriyə” sənədli filmində 90-cı illərdə Azərbaycanın ən güclü klublarından olan, hətta avrokuboka belə vəsiqə qazanan  “Xəzri” komandasının yaradılmasından fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, həmçinin sadə azarkeşlərin maraqlı fikirləri səsləndirilib. Sənədli filmin baş prodüseri Volkan Üst, ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyev, müəllifi Əminə Kazımovadır.