Bisping Qastelium

İtaliya mundiala yollanmaq şansını çətinə saldı

Futbol 11.11.2017 09:56
İtaliya mundiala yollanmaq şansını çətinə saldı
677 Dəfə oxunub
2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində İtaliya millisi səfərdə İsveçlə üz-üzə gəlib. “Frends arena”da keçirilən qarşılaşmanın ilk hissəsinin çoxsaylı hücumlara baxmayaraq, azarkeşlər qol görməyiblər.
İkinci hissədə fəallığını bir qədər də artıran İsveç yığması 61-ci dəqiqədə istəyinə çatıb. Yakob Yohansson adını tabloya yazdırıb.İtalyanlar 70-ci dəqiqədə hesabı bərabərləşdirməyə yaxın olub. Ancaq bu epizodda Matteo Darmianın zərbəsi dirəkdən qayıdıb. Tərəflərin cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə tablodakı rəqəmlər dəyişməyib: İsveç 1:0 İtaliya
Komandalar arasında cavab oyunu noyabrın 13-də keçiriləcək.