Bisping Qastelium

Səlahət Ağayev: "Belə davam etsək, arzuolunan nəticəni qazana bilərik"

Futbol 11.11.2017 15:06
Səlahət Ağayev: "Belə davam etsək, arzuolunan nəticəni qazana bilərik"
231 Dəfə oxunub
"Neftçi” Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. Zədəsini sağaldan Səlahət Ağayev də komanda ilə məşqlərə qoşulub. Təcrübəli qapıçı təəssüratlarını "Neftçi"nin rəsmi saytına bölüşüb:

"Belə ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik”.

Qeyd edək ki, "Neftçi” – "Qəbələ” oyunu noyabrın 19-da "Bakcell Arena”da keçiriləcək.