invest

Qurban Qurbanovun milli komanda ilə ilk tanışlığı

Futbol 12.11.2017 15:52
Qurban Qurbanovun milli komanda ilə ilk tanışlığı
2306 Dəfə oxunub
Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib. Komanda Topaz Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.

Toplanış yanvarın 25-də start götürəcək və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.

Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər (sport24.az).