Bisping Qastelium

Muraem Muarem "Aktobe"dən ayrılır

Futbol 13.11.2017 12:36
Muraem Muarem "Aktobe"dən ayrılır
924 Dəfə oxunub
Yayda “Qarabağ”dan “Aktobe”yə keçən Muarem Muarem Qazaxıstan klubunda möhkəmlənə bilməyib. Qazaxıstan mətbuatının yaydığı məlumata görə, klub rəhbərliyi makedoniyalı yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirmək istəmir. .

“Aktobe” Muaremlə yanaşı, Kristian Kolçak, Jeremi Foq-Porrye, Duşan Saviç və Marko Obradoviçlə də yolları ayırmağa hazırlaşır.  

“Aktobe”nin baş direktoru Maksat Tyumaliyev bunu təkzib etməyib: “Kolçak, Foq-Porrye, Saviç, Obradoviç və Muarem böyük ehtimalla, gələn il bizim klubda olmayacaqlar".

Qeyd edək ki, 2012-2015 və 2016-2017-ci illərdə “Qarabağ”ın formasını geyinmiş Muarem Muarem Ağdam klubunun heyətində 4 dəfə Azərbaycan çempionu adını qazanıb.