Bisping Qastelium

"Neftçi"də yeni futbolçu

Futbol 13.11.2017 14:09
"Neftçi"də yeni futbolçu
670 Dəfə oxunub
"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib. Gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb.
2014/2015 mövsümündə "İnter” klubunun heyətində Topaz Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transferimiz ötən il U-21 milli komandamıza da cəlb olunub.