Bisping Qastelium

Bu gün: Azərbaycan - Kosovo

Futbol 14.11.2017 10:25
Bu gün: Azərbaycan - Kosovo
815 Dəfə oxunub
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsində 5-ci oyununu keçirəcək. Əvvəlki 4 qarşılaşmada uduzan komandamız “Dalğa Arena”da Kosovo ilə görüşə ilk xal arzusu ilə çıxacaq. Bir neçə gün əvvəl öz meydanında İsrailə böyük hesabla məğlub olan bugünkü rəqibimiz isə nəinki hazırkı mövqeyini qorumağa, hətta onu yaxşılaşdırmağa ümid edir.
İndiyədək üz-üzə gəlməyən komandaların oyununu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Romer Tarayevdir. Ona Hannes Reynvald və Neeme Neemlayd kömək edəcək. Eyko Saar isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Millimizin yer aldığı 5-ci seçmə qrupda bu gün daha bir oyun keçiriləcək. Noyabrın 9-da Bakıda komandamıza böyük hesabla qalib gələn Almaniya yığması səfərdə İsraillə üz-üzə gələcək.
Qrupdakı vəziyyətə gəlincə, 10 xalı olan İrlandiya bütün rəqiblərindən öndədir. Almaniya 9 xalla 2-ci, İsrail 7 xalla 3-cü pillədə qərarlaşıb. Kosovo 6 xalla 4-cü, Norveç isə 5 xalla 5-cidir. Aktivində xal olmayan millimiz isə qrup sonuncusudur.

U-21: AVROPA BİRİNCİLİYİ

5-ci qrup

1.    İrlandiya            4     10
2.    Almaniya            4    9
3.    İspaniya            4    7
4.    Kosovo             5    6
5.    Norveç            5    5
6.    Azərbaycan    4    0



Kosovo ilə oyun saat 18-dən “CBC Sport”la canlı yayımlanacaq.