Bisping Qastelium

21 yaşlılarımız seçmə mərhələdə ilk xalını qazanıb

Futbol 14.11.2017 19:55
21 yaşlılarımız seçmə mərhələdə ilk xalını qazanıb
574 Dəfə oxunub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2019-cu il Avropa çempionatının seçmə mərhələsi  çərçivəsində 5-ci oyununa çıxıb.Əvvəlki 4 qarşılaşmada uduzan komandamız “Dalğa Arena”da Kosovo yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən matçın ilk hissəsində üstünlük millimizin tərəfində olsa da, tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Oyunun ikinci hissəsi qonaq komandanın üstünlüyü ilə başlayıb. Kosovolu futbolçular matçın 61-ci dəqiqəsində hesabı açmağa yaxın olsalar da Sərkan Baloğlu  səhvsiz çıxış edib. 67-ci dəqiqədə isə çərçivə qoruyucumuz zədə bahasına olsa da, komandamızı real qoldan xilas edib.
Matçın 71-ci dəqiqəsində millimiz hesabı açmağa yaxın olub. Ehtiram Şahverdiyevin fərqlənməsinə rəqib qapıçı Visar Bekay imkan verməyib. 87-ci dəqiqədə önündə qırmızı vərəqə görən Anton Krivotsyuk komandamızı azlıqda qoyub. Oyunun son saniyələrində İlkin Sadıqovun zərbəsindən sonra rəqib qapıçı etibarlı çıxış edib. Buna baxmayaraq rəqib müdafiəçiyə qarşı kobudluğa görə ardıcıl ikinci sarı vərəqə ilə cəzalanan İlkin meydanı vaxtından əvvəl tərk edib.
Bu həm də oyunda yaşanan son qol epizodudur.Beləliklə, tərəflər meydandan hərəyə 1 xalla ayrılıblar. Azərbaycan 0:0 Kosovo