invest

AFFA millinin məşqçiləri ilə yolları ayırdı

Futbol 15.11.2017 16:45
AFFA millinin məşqçiləri ilə yolları ayırdı
844 Dəfə oxunub
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov və 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Mirbağır İsayevlə görüşüb.

AFFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Təbriz Həsənov U-19-un, Mirbağır İsayev isə U-17-nin Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışı ilə bağlı hesabat təqdim edib.

Hesabatların təqdimatından sonra qarşılıqlı razılıq əsasında hər iki baş məşçinin müqaviləsinə xitam verilməsi barədə qərar qəbul olunub.

U-19 və U-17 Azərbaycan yığmalarının baş məşqçisi vəzifəsinə təyinatlar ilin sonuna qədər müəyyənləşəcək.