invest

Tərlan Əhmədov: "Bu etiraza haqqımız var"

Futbol 19.11.2017 20:21
Tərlan Əhmədov: "Bu etiraza haqqımız var"
791 Dəfə oxunub
Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 12-ci turunda evdə “Qəbələ”yə 2:3 hesabı ilə uduzqları matçdan sonra mətbuat konfransı keçirib: "Maraqlı oyun alındı. Təəssüf ki, məğlub olduq. Bu da futbolun bir qanunudur. Təzə gələndə demişdim ki, məni narahat edən məsələlərdən biri komandanın tam hazır olmamasıdır. Həyəcan təbili çalınmışdı ki, hardasa laxlama olacaq. Ardıcıl iki məğlubiyyət göstərir ki, hazırlıq dövrü bizi ola bilsin hələ çox məyus etsin. Bu oyuna görə futbolçulara təşəkkür düşür. Səhvlərdən qollar buraxdıq. Rəqib futbolçuların fərdi keyfiyyətlərinin də təsiri oldu. Yaxşı oyunla məğlub olduq.

Təməldə çox şey var. İlk növbədə funksional hazırlıq durur ki, bu da yoxdur. Ardıcıl 4 qələbədən sonra düşünürdüm ki, əvvəlki dövrə qayıdacaq. Çünki komandada psixoloji hazırlıq dönəmi olmamışdı. İkinci hissədə dəyişiklik edəcəyim 2 futbolçu var idi: Mirabdulla və Namiq. Limitdə də elə bir oyunçu yox idi. Demirəm ki, mənim komandam olsaydı, daha yaxşı olardı. Ancaq fasilədə hücum xəttinə daha səviyyəli futbolçular dəvət olunmalıdır. “Qəbələ” bu cəhətdən fərqlənirdi".

Tərlan Əhmədov Nizami Hacıyevin "Keşlə"dən transfer ediləcəyi ilə bağlı xəbərə də münasibət bildirib: "Söhbətimiz var, amma tam razılıq əldə olunmayıb. Çünki klubu ilə müqaviləsi var. Komandaya cəlb olunacaq yerli futbolçu yoxdur. Aşağı yaş qrupunda da elə bir oyunçu yoxdur. Problem böyükdür.

"Neftçi"nin baş məşqçisinin fikirincə, "Qəbələ"nin ilk qolundan əvvəl top rəqib oyunçudan meydanı tərk edib: "İlk qoldan əvvəl top rəqib oyunçudan çıxsa da, künc zərbəsi verildi. Mən hər zaman top olan istiqamətə baxıram. Bunu da açıq-aşkar gördüm. Fasilədə də videotəkrara baxıldı. Bu etiraza da haqqımız var".

Əhmədov sosial şəbəkələrdə azarkeşlə mübahisə edən Elnur Cəfərov barədə belə deyib: "Mətbuatdakı yazılarla onu “öldürüb, basdırmamalıyıq”. Onunla ilk görüşüm olanda Elnur üzr istədi. Kimisə davaya çağırması məsələsinin isə yalan olduğunu bildirdi. Amma mən onu cəzalandırdım. Milli komanda qürur yeridi. Mən yığmaya görə karyeramı təhlükə altına atmışam. Milliyə gedib şərəflə formasını geyinməliyik. “Neftçi” SSRİ dönəmində milli komanda olub. Bu klubun 80 illik tarixi var. Biz həyatda insanı silirik. Elnuru silmək asandı, Elnuru da siləcəm, gedəcək. Amma sabah gedib başqa yerdə oynayanda, insan kimi püxtələşməlidir. Cavan uşaqdı, onu düz yola dəvət etməli, dəstək olmalıyıq. Özündən çox şey asılıdı. Demişdim ki, yazın, Elnur cəzalanır. Yanvarda əvəzedici heyətdə baxılacaq. 99 faiz komandadan gedəcək. Qalmaq üçün cəmi 1 faiz şansı var. Hər şey özündən asılıdır. Yeni alternativ futbolçular cəlb olunacaq".