invest

"Neftçi"nin prezidenti: "Biz məğlubiyyətə layiq deyildik"

Futbol 21.11.2017 10:01
"Neftçi"nin prezidenti: "Biz məğlubiyyətə layiq deyildik"
372 Dəfə oxunub
"Neftçi”nin prezidenti Orxan Hüseynzadə klubun rəsmi saytına açıqlama verib.

O, Topaz Premyer Liqasının noyabrın 19-da keçirilmiş "Neftçi” – "Qəbələ” matçında (2:3) hakim qərarlarına münasibət bildirib:

"Hakimlər briqadasının səhvləri oyunun nəticəsinə təsir etdi. Biz məğlubiyyətə layiq deyildik, ədalətli hakimlik olsa, qələbə qazana bilərdik. Bəli, hamı səhv edə bilər. Amma ölkənin ən yaxşı referisinin başçılıq etdiyi hakimlər briqadası bütün oyun ərzində bir komandanı "öldürürsə” bu şübhələr yaradır. Əliyar Ağayev və köməkçiləri 2 metr məsafədən bütün stadionda olan adamların gördüyünü görmədilər? Hakimləri bilərəkdən komandamıza antipatiya bəsləməkdə ittiham etmək istəmirəm. Amma istənilən halda onların səhvləri nəticəyə təsir etdi.

Yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu videotəkrarlardır. Burada söhbət bahalı avadanlıqdan getmir. Hər klub hakimlər briqadasını 4-cü hakimin mövqeyinin yaxınlığında sadə monitorla təmin edə bilər. Bu, hakim səhvi ehtimalını yox edəcək”.