invest

Şehiçə 3 oyunluq cəza verildi

Futbol 22.11.2017 12:55
Şehiçə 3 oyunluq cəza verildi
1180 Dəfə oxunub
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qarabağ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Ağdam klubu isə 2400 manat cərimə olunub. Bu o deməkdi ki, bosniyalı qolkiper ölkə çempionatının bu il keçiriləcək son 2 turunda meydana çıxmayacaq.

“Kəpəz” – “Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in müdafiəçisi Dedimar Ferreyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Gəncə təmsilçisinə isə 2400 manat cərimə kəsilib.