"Roma"da itki

Futbol 28.11.2017 10:34
"Roma"da itki
449 Dəfə oxunub
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” itki ilə üzləşib. Hücumçu Qrequar Defrel zədələnib.

Fransalı futbolçu A seriyasının 14-cü turunda “Cenoa” ilə (1:1) matçda zədələnib. Görüşün 58-ci dəqiqəsində komanda yoldaşı Dieqo Perottini əvəzləyən Defrel sol dizindən xəsarət alıb. Klubun həkimləri vaxt itirmədən onun müalicəsinə başlayıblar. Forvardın qrup mərhələsinin “Qarabağ”la son matçına yetişib-yetişməyəcəyi müalicənin gedişindən asılı olacaq.

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək.