invest

"Qarabağ" 1/4 finala vəsiqə qazandı

Futbol 28.11.2017 17:58
"Qarabağ" 1/4 finala vəsiqə qazandı
894 Dəfə oxunub
Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. "Qarabağ" "Azərsun Arena"da I divizionun lideri "Qaradağ Lökbatan"la qarşılaşıb.

Birinci hissədə hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, hesab açılmayıb. Ağdam klubu 58-ci dəqiqədə rəqib qapısına yol tapıb. Əfran İsmayılov cərimə zərbəsini mükəmməl yerinə yetirib. Meydan sahibləri 81-ci dəqiqədə 2-ci qolu vurublar. Pedro Enrike adını tabloya yazdırıb.

Beləliklə, "Qaradağ Lökbatan" üzərində 2:0 hesabı ilə qələbə qazanan "Qarabağ" 1/4 final mərhələsinə vəsiqə qazanıb. Ağdam klubu növbəti mərhələdə "Sumqayıt" - "Sabah" cütünün qalibi ilə qarşılaşacaq.