invest

"Keşlə" iki futbolçusunu yola saldı

Futbol 29.11.2017 17:19
"Keşlə" iki futbolçusunu yola saldı
930 Dəfə oxunub
"Keşlə" iki futbolçusu ilə yollarını ayırıb.

Komandanın baş məşqçisi Ramiz Məmmədov MOİK-lə kubok oyunundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, yarımmüdafiəçilər - Nizami Hacıyev və Mirhüseyn Seyidovun klubdan göndərildiklərini açıqlayıb.

Baş məşqçi göndəriləcək futbolçuların siyahısına daha bir neçə nəfərin əlavə olunacağını bildirib.

Qeyd edək ki, Nizami Hacıyev yaxın günlərdə "Neftçi" ilə müqavilə imzalayacağını açıqlayıb