"Kəpəz" yenə böyük hesabla uduzdu

Futbol 02.12.2017 16:00
"Kəpəz" yenə böyük hesabla uduzdu
782 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib. "Kəpəz" Gəncədə "Sumqayıt"ı qəbul edib.

Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov ardıcıl 2-cə oyunda böyük hesablı məğlubiyyətlə üzləşib. Bu dəfə "Sumqayıt" Gəncədən 3:0 hesablı qələbə ilə dönüb. Qonaqların heyətində Cavid İmamverdiyev dubl edib. "Sumqayıt"ın ilk qolunu Bəxtiyar Həsənəlizadə vurub.

Bu qələbədən sonra xallarının sayını 20-ə çatdıran "Sumqayıt" 4-cü yeri tutur və 5-ci yerdə gedən "Neftçi"ni 4 xal qabaqlayır.

"Kəpəz" isə 7 xalla sonuncu 8-ci yeri tutur.