Souza Branson

Joze Alesio Da Silva: "Bunu bəhanə kimi qeyd etmirik"

Futbol 04.12.2017 10:41
Joze Alesio Da Silva: "Bunu bəhanə kimi qeyd etmirik"
290 Dəfə oxunub
İsfahan şəhərində təşkil olunan futzal üzrə beynəlxalq turnir çərçivəsində keçirilmiş Azərbaycan – İran (3:3) oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): “İrana dünən gəldik və ilk məşqimizi keçirdikdən sonra örtüyün - terafliksin bir qədər ağır olduğunu gördük. Təbii ki, bunu bəhanə kimi qeyd etmirik. Bu gün maraqlı və gərgin oyun izlədik. Hər iki komandanın qələbə qolunu vurmaq üçün şansları var idi. Bu gün futzal adına yaxşı oyunun şahidi olduq. Hesab oyuna görə oldu. Futzalçıların aqressiv çıxışına gəldikdə, bununla bağlı xüsusi göstəriş verməmişdim. İran millisi haqda da xoş sözlər demək olar. Komanda dünya çempionatının bürünc mükafatçısıdır. Artıq sabah Rusiya ilə keçirəcəyimiz oyun haqda düşünməliyik”.
Mohammad Nazemalsharieh (İran millisinin baş məşqçisi): “Üç gün əvvəl İran çempionatında növbəti turun oyunları keçirildiyinə görə, futzalçılarım millinin heyətinə yorğun gəlmişdilər. Üstəlik, bir neçə gənc oyunçunu da yoxlamaq qərarına gəldik. Bu gün müdafiədə kobud səhvlərə yol verdik. Bunun üzərində işləməliyik. İnanıram ki, Rusiya və Qazaxıstana qarşı daha yaxşı çıxış edəcəyik. Azərbaycan millisinin fiziki və taktiki cəhətdən güclü oyunçulardan qurulduğunu bilirdik. Buna görə də belə səhvlərə yol vermək olmaz”.