"Roma" - "Qarabağ" matçında anşlaq olmayacaq

Futbol 04.12.2017 14:29
"Roma" - "Qarabağ" matçında anşlaq olmayacaq
847 Dəfə oxunub
"Roma" - "Qarabağ" matçına İtaliyada elə böyük maraq yoxdur. Mətbuatın yazdığına görə, 72 000 tamaşaçı tutumuna malik "Olimpiko"ya 30000 azarkeşin gəlməsi gözlənilir.

Bir neçə gün əvvəl "Roma"nın baş məşqçisi Eusebio Di Françeskonun sosial şəbəkədə azarkeşlərə səslənərək,  onları oyuna dəvət etməsi də vəziyyəti dəyişməyib.

Xatırladq ki, "Roma" - "Qarabağ" matçı dekabrın 5-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.