Millimiz Rusiyaya uduzdu

Futbol 04.12.2017 18:28
Millimiz Rusiyaya uduzdu
580 Dəfə oxunub
İranın İsfahan şəhərində futzal üzrə “4 Top Nations” turniri davam edir. Milli komandamız bu gün yarışda 2-ci oyununu keçirib.

Komandamız Rusiya yığması ilə qarşılaşıb. Oyun millimizin 3:4 hesablı məğlubiyyəti ilə nəticələnib. Rusiya seçməsinin qapısından qolları Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento keçiriblər

Xatırladaq ki, futzalşılarımız ilk turda İran yığması ilə heç-heçə etmişdilər - 3:3.

Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.