invest

Qurban Qurbanov: "Roma"ya qarşı ciddi mübarizə aparmağa çalışacağıq"

Futbol 04.12.2017 22:10
Qurban Qurbanov: "Roma"ya qarşı ciddi mübarizə aparmağa çalışacağıq"
415 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Roma" ilə qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Ağdam klubunun çalışdırıcısı italyanlara qarşı layiqli mübarizə aparacaqlarını bildirib:

"Qrupda son oyunumuzdu. Nəticə baxımından razı olmasaq da, bu turnir bizim üçün böyük təcrübə oldu. Sabahkı oyunda da düzgün, ciddi mübarizə aparmağa çalışacağıq. Ola bilər ki, "Roma"nın şansı bu oyunla bağlı olsun. Futbolçular ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Çempionlar Liqasında hansı səviyyəyə çatdıqlarını göstərmək üçün böyük şans olacaq".

Mütəxəssis ciddi itkilərlə çıxacaqları oyunda boşluqları necə dolduracaqlarından da söz açıb: "Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması böyük problemdi. Mövsümboyu heyətdə rotasiyalar edirik. Çalışırıq ki, hər bir futbolçumuzun oyun təcrübəsi olsun. Digər problemlərimiz də var. Pedro Enrike də oynamayacaq. Bütün futbolçularıma güvənirəm. Meydana kimin çıxmasından asılı olmayaraq, ən yaxşı oyunu göstərməyə çalışacaqlar".