invest

Maksim Medvedev:"Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək"

Futbol 04.12.2017 23:49
Maksim Medvedev:"Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək"
259 Dəfə oxunub
"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev "Roma" ilə oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb: " Son oyunumuza gəlmişik. Rəqibi tanıyırıq, təzyiqsiz meydana çıxacağıq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək. “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdu. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər".