"Roma" rəsmisi: "Bəzən ikinci şans olmur"

Futbol 05.12.2017 12:09
"Roma" rəsmisi: "Bəzən ikinci şans olmur"
229 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək “Roma”da rəhbərlik son turda yerli azarkeşlərin komandaya dəstək olmasını istəyir.

Bilet satışının  zəif olması səbəbindən baş məşqçi Eusebio Di Françeskodan sonra futbol direktoru Ramon Monçi də azarkeşlərə səslənib. O,  instaqram səhifəsindən fanatları komandaya dəstək olmağa çağırıb.

Bunun “canavarlar” üçün həlledici qarşılaşma olduğunu deyən klub rəsmisi Çempionlar Liqasında 1/8 finala vəsiqə məsələsinin bugünkü oyundan asılı olduğunu yazıb: "“Bəzən növbəti dəfə, ikinci şans olmur, fasilə götürə bilmirsən. Bəzən ya indi, ya da heç vaxt olur”.