Dieqo Perotti: "Asan oyun olmadı"

Futbol 06.12.2017 11:04
Dieqo Perotti: "Asan oyun olmadı"
189 Dəfə oxunub
"Roma"nın yarımmüdafiəçisi Dieqo Perotti klubun rəsmi saytına açıqlama verib:

"Bizim üçün gözəl bir andır. Heç kim bizə inanmırdı. Çox çalışdıq və qrupu birinci pillədə tamamlamaq üçün çox məşq etdik".

Komandasının yeganə qolunun müəllifi olan 29 yaşlı futbolçu asan görüş keçmədiyini deyib: "Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik. Bu cür oyunlar çox təhlükəli olur. Asan oyun olmadı. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.

Qeyd edək ki, "Roma" ÇL-də C qrupunu 1-ci pillədə başa vurub.