"Mlada Boleslav" Kamran Ağayevlə yolları ayırdı

Futbol 06.12.2017 13:04
"Mlada Boleslav" Kamran Ağayevlə yolları ayırdı
573 Dəfə oxunub
Milli komandamızın qapıçısı Kamran Ağayev Çexiyanın "Mlada Boleslav" klubundan uzaqlaşdırılıb. Komandanın rəsmi saytı bu haqda məlumat yayıb.

Məlumatda qolkiperin ümidləri doğrultmadığı qeyd olunub.

Xatırladaq ki, Ağayev "Mlada Boleslav"a bu ilin yayında "Boavişta"dan transfer olunmuşdu. Həmyerlimizlə 1 illik müqavilə bağlansa da, ümidləri doğrultmadığı üçün 4 aydan sonra onunla yollar ayrılıb.