Şehiç qrup mərhələsinin ən yaxşısıdır

Futbol 07.12.2017 11:38
Şehiç qrup mərhələsinin ən yaxşısıdır
856 Dəfə oxunub
Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşıları açıqlanıb.

İlk dəfə qrup mərhələsində mübarizə aparan "Qarabağ"ın da təmsilçisi ən yaxşılardan biri olmağı bacarıb. Qapıçı İbrahim Şehiç seyv sayında turnirin “1 nömrə”sidi.

Bosniya və herseqovinalı qolkiper 6 oyunda hamıdan çox – 35 qurtarış edib. O, “Maribor”un çərçivə qoruyucusu Yasmin Handanoviçlə (32 seyv),  MOİK-in qolkiperi İqor Akinfeyevi (29 seyv) qabaqlayıb.

Andrey Pyatov (“Şaxtyor”) 25, Silvio Proto (“Olimpiakos”) 24 zərbə dəf etməklə növbəti yerləri tutublar.

Bombardirlər siyahısına Kriştianu Ronaldo başçılıq edir. “Real”ın lideri 9 qolla hamıdan öndədir.

Assistentlər siyahısında isə Ceyms Milner 1-ci olub. “Liverpul”un yarımmüdafiəçisinin hesabında 5 məhsuldar ötürmə var. O, izləyicisi Neymardan minimal fərqlə öndədi.