Perotti "Qarabağ"a qol vurdu və...

Futbol 07.12.2017 15:25
Perotti "Qarabağ"a qol vurdu və...
701 Dəfə oxunub
“Roma” Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.

Paytaxt təmsilçisinin rəsmi saytı 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalandığını xəbər verib.

Perotti 2016-cı ilin yanvarında “Cenoa”dan “Roma”ya keçib. O, dekabrın 5-də İtaliyada “Qarabağ”a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.