"Neftçi"də yeni məşqçi

Futbol 07.12.2017 18:50
"Neftçi"də yeni məşqçi
939 Dəfə oxunub
Neftçi”də fiziki hazırlıq üzrə yeni məşqçi təyinatı olub.

Klubun rəsmi saytının yaydığı xəbərə görə, bu vəzifəni ukraynalı Dmitro Qolovko yerinə yetirəcək. 37 yaşlı məşqçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Dmitro Qolovko bunadək Ukraynanın "Dinamo” (Kiyev), "Krivbass”, "Karpatı”, "Volın”, "Çernomorets”, Rusiyanın "Volqa” klublarında və 2009-cu ildə gənclər arasında Avropa çempionu olmuş Ukraynanın U-19 milli komandasında çalışıb.