invest

AVRO-2020: A qrupunun oyunları Bakıda keçiriləcək

Futbol 07.12.2017 23:11
AVRO-2020: A qrupunun oyunları Bakıda keçiriləcək
1467 Dəfə oxunub
2020-ci il Avropa çempionatının açılış oyunu İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək. Bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında açıqlama verib.

Qitə futbol qurumunun rəhbəri qeyd edib ki, A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək. Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) B, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) C, London (İngiltərə) və Qlazqoda (Şotlandiya) D, Bilbao (İspaniya) və Dublində (İrlandiya) E, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə F qrupunun oyunları təşkil olunacaq.

Qaydalara əsasən, final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.

Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidir. Əvəzində qrup oyunlarını Londondakı "Uembli" stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.

Avropa çempionatı 2020-ci ilin iyun-iyul aylarında keçiriləcək. Hələlik dəqiq tarix müəyyənləşməyib.