"Qarabağ" "Səbail"ə qalib gəldi

Futbol 08.12.2017 21:12
"Qarabağ" "Səbail"ə qalib gəldi
696 Dəfə oxunub
Bu gün Topaz Premyer Liqasında 2017-ci ilin son oyunu keçirilib. 4-cü turdan təxirə salınmış oyunda "Qarabağ" səfərdə "Səbail"lə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb. Qolları Pedro Enrike və Dani Kintana vurub.

Qış çempionluğunu ötən turdan təmin edən "Qarabağ" fasiləyə ən yaxın izləyicisi "Qəbələ"dən 6 xal öndə yollanıb. Premyer Liqada 3-cü dövrəyə gələn ilin fevralın 10-da start veriləcək.