invest

Millimizin heyəti açıqlandı

Futbol 29.12.2017 16:20
Millimizin heyəti açıqlandı
1368 Dəfə oxunub
18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq. AFFA-nın saytının yaydığı əbərə görə, toplanış yanvarın 4-dən 19-dək keçiriləcək.

Hazırlıq prosesinə 26 futbolçu dəvət olunub: Ayxan Arazlı, Nihad Quliyev, Zamiq Əliyev, Kənan Qasimov (hamısı “Qarabağ”), Elməddin Sultanov, İdris İnqilablı, Nicat Əliyev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov, Orxan Abdullayev, Əli Mürsəlov, Salman Ələsgərov (hamısı “Qəbələ”), İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov, Mehdi Tahirov, Vüqar Əliyev, Nicat Musayev, Abbas Abbasov (hamısı “Neftçi”), Ceyhun Nuriyev (“Keşlə”), Asəf Əliyev, Rüfət Abdullazadə (hər ikisi “Sumqayıt”), Murad Məmmədov (“Səbail”), Fərid Soltanzadə (“Kəpəz”), Xanlar Nəsibov, İlqar Pirəliyev (hər ikisi “Zirə”)