"Barselona" Serxi Robertoya ömürlük müqavilə təklif edir

Futbol 30.12.2017 10:30
"Barselona" Serxi Robertoya ömürlük müqavilə təklif edir
456 Dəfə oxunub
"Barselona" yarımmüdafiəçi Serxi Robertonu karyerasının sonuna kimi klubda saxlamaq niyyətindıdir. Kataloniya klubu 25 yaşlı futbolçuya ömürlük müqavilə təklif edib. Robertonun "Barsa" ilə hazırkı müqaviləsi 2019-cu ilin avqustunda başa çatır.

Klubdakı mənbənin As-a verdiyi məlumata görə, klubla futbolçunun tələbləri arasında müəyyən fikir ayrılığı olsa da, bu yoluna qoyulacaq.

Qeyd edək ki, Robertoyla "Çelsi" və "Mançester Yunayted" də maraqlanır.