"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçir

Futbol 01.01.2018 12:16
"Neftçi"nin futbolçusu Türkiyə klubuna keçir
1531 Dəfə oxunub
"Neftçi”nin müdafiəçisi Kirill Petrov karyerasını Türkiyədə davam etdirə bilər.

Ukrayna mətbuatının yaydığı xəbərə görə, birinci liqa təmsilçisi “Giresunspor” heyətinə yeni təcrübəli futbolçular cəlb etmək istəyir. Klubun maraq dairəsinə düşən fubolçulardan biri də  27 yaşlı Petrovdur.

Bldirilir ki, artıq Petrov Türkiyə klubu ilə razılığa gəlib. O, bu komandanın yanvarda Antalyada keçiriləcək təlim-məşq toplanşına qatılacaq.

Qeyd edək ki, ukraynalı oyunçu bu mövsüm “Neftçi”də 13 matçda meydana çıxıb və 1 qol vurub.