"Qarabağ" rumıniyalı futbolçu ilə danışıq aparır

Futbol 03.01.2018 11:17
"Qarabağ" rumıniyalı futbolçu ilə danışıq aparır
1430 Dəfə oxunub
"Qarabağ" Rumıniya milli komandasının və Buxarest "Dinamo"sunun futbolçusu Steliano Filipi transfer etmək istəyir.

Rumıniynın "Gazeta Sporturilor" qəzetinin yaydığı xəbərə görə,  24 yaşlı sol cinah oyunçusu Ağdam klubundan təklif alıb. "Dinamo"nun bu keçid üçün 400 min avro tələb etdiyi bildirilir. Danışıqlar müsbət yekunlaşsa, Filip tezliklə "Qarabağ"ın sıralarına qoşulacaq.

Müdafiəçi yayda Kiyev "Dinamo"suna keçməyə yaxın olsa da, maddi məsələlərə görə, transfer baş tutmayıb. Filip "Qarabağ"la yanaşı, Türkiyənin bir neçə komandasından və İtaliyanın ikinci dərəcəli klubundan da təklif alıb. Ancaq həmkarlarımızın yazdığına görə, ən ciddi təklifl "Qarabağ"dan gəlib.

Rumıniya milli komandasında 8 oyunda meydana çıxan Filip yığmada ilk görüşünü 2015-ci il noyabrın 17-də Boloniyada İtaliyaya qarşı keçirib.

Qeyd edək ki, "Qarabağ"da müdafinin sol cinahında Ansi Aqolli çıxış edir.