Miocic Nqannu

"Qarabağ"ın bütün rəqibləri bəlli oldu

Futbol 03.01.2018 23:14
"Qarabağ"ın bütün rəqibləri bəlli oldu
669 Dəfə oxunub
"Qarabağ" Antalyadakı qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.

Klubun rəsmi facebook səhifəsinin yaydığı xəbərə görə, komandanın  bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. Ağdam təmsilçisi ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq. Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları ilə üz-üzə gələcək. "Qarabağ"ın beşinci görüşdə  Bosniya və Hersoqovinanın "Sarayevo" komandası ilə oynayacaq.  

Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası Qurban Qurbanovun futbolçularının rəqibi olacaq.