"Qarabağ"ın bütün rəqibləri bəlli oldu
03.01.2018 23:14:00
"Qarabağ" Antalyadakı qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək.
Klubun rəsmi facebook səhifəsinin yaydığı xəbərə görə, komandanın bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər məlum olub. Ağdam təmsilçisi ilk matçında yanvarın 17-si Rusiyanın "Kuban" klubu ilə qarşılaşacaq. Komanda yanvarın 20-si Polşanın "Lexiya", yanvarın 25-i öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları ilə üz-üzə gələcək. "Qarabağ"ın beşinci görüşdə Bosniya və Hersoqovinanın "Sarayevo" komandası ilə oynayacaq.
Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası Qurban Qurbanovun futbolçularının rəqibi olacaq.