"Qarabağ" Dino Ndlovunu satdı

Futbol 10.01.2018 10:48
"Qarabağ" Dino Ndlovunu satdı
1091 Dəfə oxunub
“Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb.

Cənubi Afrika Respublikası milli komandasının üzvü asiyalılarla 2 illik müqavilə imzalayıb.

A\dam klubunun bu tramsferdən 750 min avro qazandığı bildirilir.  Dino artıq sosial şəbəkədə "Qarabağ"dan ayrıldığını yazıb: "Karyeramı "Qarabağ"da bitirəcəyimi düşünürdüm. Ancaq bu, arzu idi. Hər kəsə təşəkkür edirəm. Bu klubda çox yaxşı 18 ay keçirdim, komanda ilə tarix yazdım. Karyeramın unudulmaz anları idi. Məşqçilərə, komanda yoldaşlarıma minnətdaram. Azərbaycanda çoxlu yaxşı insan tanıdım".

Qeyd edək ki, Ndlovu “Qarabağ”a 2016-cı ilin yayrında taransfer olunmuşdu.