Millimiz Albaniya ilə qarşılaşacaq

Futbol 10.01.2018 12:16
Millimiz Albaniya ilə qarşılaşacaq
383 Dəfə oxunub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komandamız yoldaşlıq oyunları keçirəcək.

AFFA-nın saytının yaydığı xəbərə görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət milliləri ilə qarşılaşacaq.

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.