"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılmaq üzrədir

Futbol 10.01.2018 16:41
"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılmaq üzrədir
979 Dəfə oxunub
"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılmaq üzrədir. İsveç mətbuatının yazdığına görə, Norveç millisinin futbolçusu Tarik Elyunussi karyerasını AİK klubunda davam etdirəcək.  

Artıq yarımmüdafiəçi ilə danışıqlara başlanılıb. Elyunussi Ağdam klubundakı müqaviləsindən razı olduğunu bildirib: "Təəssüf ki, 2 ay əvvəl zədələndim və komandama kömək edə bilmədim. Buna görə də yaxşı olmadı. Digər tərəfdən, “Olimpakos”a qayıtmağıma elə də çox vaxt qalmayıb".

Ötəni ilin yayında “Olimpiakos”dan icarə əsasında “Qarabağ”a gələn oyunçu heyətə düşməkdə çətinlik çəkdiyindən özü də bu keçiddə maraqlıdı.