invest

"Qəbələ" Super Liqa klubu ilə bərabərə qaldı

Futbol 11.01.2018 00:55
"Qəbələ" Super Liqa klubu ilə bərabərə qaldı
796 Dəfə oxunub
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.

Bu, “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.

Roman Qriqorçukun komandası Türkiyə Super Liqasında mübarizə aparan  “Akhisar Bələdiyyəspor” klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Türkiyə klubunda 17-ci dəqiqədə Serjinyo hesabı açsa da, Ozobiç 57-ci dəqiqədə bərabərliyi təmin edib.

Klubun rəsmi saytına danışan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk matçın komanda üçün faydalı olduğunu bildirib: ""Hazırlıq baxımından yaxşı oyun oldu. Rəqibimiz də yaxşı komanda idi. Qarşılaşmanın məşq baxımından da alındığını demək olar. Yoxlama görüşü bizə komandanın durumu barədə kifayət qədər məlumat verdi. Hər şey gözlənildiyi kimi oldu. Hətta deyərdim ki, futbolçuların durumuna görə biz onların daha az vaxt oynayacağını düşünürdük. Lakin matçın gedişində onların hazırlığına baxıb, bəzilərinin az qala bütün qarşılaşmada meydanda olmasına qərar verdik. Bu oyun bizim üçün çox faydalı oldu".