invest

"Mlada"nın baş məşqçisi: "Kamranın işi qırmızı vərəqə aldığı oyunda bağlandı"

Futbol 11.01.2018 13:07
"Mlada"nın baş məşqçisi: "Kamranın işi qırmızı vərəqə aldığı oyunda bağlandı"
685 Dəfə oxunub
Çexiyanın "Mlada Boleslav" klubunun baş məşqçisi Duşan Uxrin yerli mətbuata müsahibəsində Kamran Ağayev barədə danışıb. O, millimizin qapıçısının komandadan ayrılması məsələsinə toxunub: "Ağayev bura gələndə hazır deyildi. Tam hazır vəziyyətdə olanda isə zədələndi”. .

Uxrin həmyerlimizin Çexiyaya uyğunlaşa bilmədiyini vurğulayıb: “Kamranın işi qırmızı vərəqə aldığı oyunda bağlandı. Ancaq bununla onun zəif qapıçı olduğunu demək istəmirəm. Sadəcə, burda kollektivə və mühitə uyğunlaşa bilmədi. Həmçinin, çempionata da öyrəşməkdə çətinlik çəkdi. Onun gedişindən sonra yerinə yeni qapıçı almamışıq. Komandada iki gənc qolkiper var: Ludek Vejmola və Martin Yedliçka. Onların hər ikisi burda inkişaf edə biləcək”.

Öən ilin yayında “Mlada” ilə müqavilə bağlayan Kamran Ağayev mövsümün ilk dövrəsi başa çatmamış klubla vidalaşıb. Kamran "Keşlə" ilə müqavilə bağlayaraq, bu klubun məşqlərində iştirak edir.