Maksimov: "Hər şey Rauf Əliyevin özündən asılıdır"

Futbol 11.01.2018 17:46
Maksimov: "Hər şey Rauf Əliyevin özündən asılıdır"
691 Dəfə oxunub
Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Qaradağ-Lökbatan”la yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Ukraynalı mütəxəssis komandanın hazırkı vəziyyətindən və görüləcək işlərdən danışıb: "Azərbaycan futbolu çox texnikalıdı. Futbolçularınızın bir mənfi xüsusiyyəti var ki, mübarizə aparıb, top almağa həvəsli deyillər. Amma görürəm ki, istəsələr bunu da bacararlar. Daha aqressiv oynamaq lazımdı. Düşünürəm ki, iş prosesində bütün bunları qaydaya salacağıq".

Maksimov rəhbərliyin onun qarşısına müəyyən məqsədlər qoyduğunu deyib: "Qarşıma müəyyən mqsədlər Amma məsələyə fərqli yanaşıram. Əsas futbolçuların oynamasıdı. Əlimizdəki oyunçulara baxacağıq ki, hansılar bizə kömək edə bilərlər və yenilərini axtaracağıq. Əsas odur ki, oyun planında dəyişikliklər olsun. Futbolçular müsbət istiqamətdə dəyişsin və qələbəyə oynasınlar.

"Keşlə"nin baş məşqçisi klubun sabiq hücumçusu Rauf Əliyev haqqında da fikirlərini bildirib: "Onun haqda yaxşı fikirdəyəm. Əliyev komandadan düzgün ayrılmayıb, çətin vəziyyətdə qoyduğuna görə bir az inciklik var. Amma məsələni həll edəcəyik. Bütün komanda, rəhbərlik onun qayıtmasını istəyir. Rəhbərlik Raufla 1,5 illik müqavilə bağlamaq istəyir. O isə yarım illiyə razıdır. İndi hər şey ondan asılıdı. Biz onu komandada görmək istəyirik".