invest

Rəşad Sadıqovun "Antalyaspor" sınağı

Futbol 12.01.2018 11:14
Rəşad Sadıqovun "Antalyaspor" sınağı
441 Dəfə oxunub
21 yaşadək futbolçulardan ibarət milli komandamız Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirəcək.  AFFA-nın rəsmi saytının verdiyi xəbərə görə, Rəşad Sadıqovun çalışdırdığı komanda Türkiyənin “Alanyaspor” klubunun U-21 komandası ilə qarşılaşacaq.

Yanvarın 16-da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu, Rəşad Sadıqovun U-21-də ilk matçı olacaq.

Qeyd edək ki, yığmamız yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq