invest

Moldovanı millimizin önünə kim çıxaracaq?

Futbol 12.01.2018 16:51
Moldovanı millimizin önünə kim çıxaracaq?
318 Dəfə oxunub
Milli komandamızın yanvarın 30-da rəqibi olacaq Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib. Bu posta 57 yaşlı Aleksandr Spridon təyinat alıb.

Təcrübəli mütəxəssis 2001-ci ildə billi komandada işləyib. Onun rəhbərliyi altında 4 oyuna çıxan moldovanlar Portuqaliya, Slovakiya və Türkiyəyə uduzsa da, millimizi 2:0 hesabı ilə məğlub etmişdilər.

Qeyd edək ki, Spridon son vaxtlar  Ukraynanın "Şaxtyor" və Rusiyanın "Zenit" klublarında köməkçi məşqçi kimi işləyib.

Azərbaycan və Moldova komandaları yanvarın 30-da Antalyada "Mardan" stadionunda üz-üzə gələcəklər.