CBC Sport Avropa çempionatını yayımlayacaq

Futbol 19.01.2018 15:48
CBC Sport Avropa çempionatını yayımlayacaq
674 Dəfə oxunub
Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatı CBC Sport-la canlı yayımlanacaq. Sayca 11-ci dəfə keçiriləcək qitə çempionatı yanvarın 30-da start götürəcək. Yarışa fevralın 10-da final oyunu ilə yekun vurulacaq.

Millimiz komandamız Avropa çempionatında Fransa və İspaniya ilə bir qrupda mübarizə aparacaq. Yığmamız ilk oyununu fevralın 2-də saat 21:00-da Fransaya qarşı keçirəcək. İspaniya seçməsi ilə oyun isə fevralın 4-də saat 23:45-də olacaq.

Qeyd edək ki, CBC Sport Avropa çempionatının bütün oyunlarını canlı yayımlamaq hüququna malikdir.