"Qrupun favoriti Azərbaycandır"

Futbol 25.01.2018 11:06
"Qrupun favoriti Azərbaycandır"
1015 Dəfə oxunub
Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri Millətlər Liqasının püşkünü dəyərləndirib. O, qrupun favoriti kimi millimizi qeyd edib: "Güclü rəqiblərimiz var. Malta və Farer Adaları yaxşı komandalardır. Ancaq biz qrupu onlardan daha yaxşı pillədə başa vura bilərik. Qrupun ən güclüsü Azərbaycandır. Lakin bizim məqsədimiz qrupda birinci yeri tutmaqdır".

O, yaxın vaxtlarda millinin yeni baş məşqçisinin müəyyənləşəcəyini bildirib: "Bir neçə namizəd var. Gələn ayın ortasına kimi yeni məşqçinin adının açıqlanacağını düşünürəm".

Qeyd edək ki, Kosovo 3-cü qrupda Azərbaycan, Malta və Farer adaları ilə mübarizə aparacaq