Qurban Qurbanov millinin debütantlarından danışdı

Futbol 27.01.2018 11:42
Qurban Qurbanov millinin debütantlarından danışdı
749 Dəfə oxunub
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Antalyada U-21-in Albaniya ilə oyununu (1:0) izləyib. Matçdan sonra yığmamızın çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb. O, yığmaya çağırdığı debütantlar - Bəhlul Mustafazadə və Anton Krivotsyukdan da danışıb: "Bu oyunçuların üzərində çox çalışmaq lazım olacaq. Desəm ki, əsas heyət üzvü kimi çıxış edəcəklər, bu, düz olmaz. Onlar özləri də narahat olarlar. İstədim ki, daha yaxından tanıyım və diqqət ayırım. İndidən millidə olmağın həyəcanını hiss etsinlər".