invest

Daha bir futbolçu "Qarabağ"dan ayrıldı

Futbol 28.01.2018 12:02
Daha bir futbolçu "Qarabağ"dan ayrıldı
1423 Dəfə oxunub
Norveç milli komandsının üzvü Tarik Elyunussi “Qarabağ”ı tərk edib.

“expressen.se” saytının yaydığı xəbərə görə, o, tibbi baxışdan keçmək üçün yanvarın 29-da Dubayda hazırlıq prosesinə başlayacaq Isveçin AİK klubunun düşərgəsinə yollanacaq. 29 yaşlı yarımüdafiəçi buna qədər məxsus olduğu “Olimpiakos”la müqaviləni ləğv edib və azad agent statusu alıb.

İsveç mətbuatı yazıb ki, artıq Elyunissi ilə AİK bütün məsələlərdə razılığa gəlib. Futbolçu baxışdan keçdikdən sonra tərəflər müqavilə bağlayacaqlar.

Xatırladaq ki, Elyunussi “Qarabağ”a ötən yay keçsə də, Ağdam klubunda əsas heyətdə möhkəmlənə bilmədi.