Millimiz Moldova ilə bərabərə qaldı

Futbol 30.01.2018 22:23
Millimiz Moldova ilə bərabərə qaldı
467 Dəfə oxunub
Milli komandamız bu gün Qurban Qurbanovun rəhbərliyi altında ilk oyuna çıxıb. Yığmamız Antalyada Moldova seçməsi ilə yoldaşlıq oyunu keçirib.

"Mardan" stadionunda keçirilən matça komandamız bu heyətlə çıxıb:

1. Kamran Ağayev, 30. Abbas Hüseynov, 5. Maksim Medvedev, 19. Rahid Əmirquliyev (K), 22. Əfran İsmayılov, 20. Riçard Almeyda, 2. Qara Qarayev, 13. Mahir Mədətov, 16.Cavid Hüseynov, 15.Ruslan Abışov, 4.Pavel Paşayev.

Ruslan Qurbanov, Cavid İmamverdiyev, Rəhman Hacıyev, Coşğun Diniyev, Ramil Şeydayev və Təmkin Xəlilzadə sonradan meydana daxil olublar.

Hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, qapılara qol qol vurulmayıb. Beləliklə, oyun 0:0 hesabı ilə başa çatıb.