Qurban Qurbanov: "Futbolçulardan çox şey tələb edə bilməzdim"

Futbol 30.01.2018 22:56
Qurban Qurbanov: "Futbolçulardan çox şey tələb edə bilməzdim"
533 Dəfə oxunub
Antalyada təlim-məşq toplanışında olan milli komandamız yoxlama oyunu keçirib. Moldova ilə matçdan (0:0) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Çətin oyun oldu. Futbolçulardan çox şey tələb edə bilməzdim. Hamısından raz qaldım. Meydanda çox düşündülər. Rəqib pressinq edirdi. Lakin daha çox müdafiədən oynadılar. Bütün oyunçulardan razı qaldım. Futbolçular fərdi qaydada öz üzərlərində çalışmalıdılar. Bakıya qayıtdıqdan sonra da fərdi söhbətlər edəcəm. İndi zəif komanda yoxdu. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidi".

Qurbanov psixoloji təzyiqin həmişə olduğunu, oyun zamanı bunun yaddan çıxdığını deyib.  

O, yığmada debüt edən Abbas Hüseynov barədə də fikirlərini bildirib: "Qış hazırlığı zamanı oyunçuların hazırlığı dəyişə bilər. Ona şans verilib, yəqin bu imkanı yaxşı  dəyərləndirmək istəyir. Onun yaxşı futbolçu olmasını istəyirəm. Son illərdə qeyri-sabit oyun sərgiləyib. Bu gün onun oyunundan razı qaldım. Ancaq bu tempi qoruyub saxlamalıdı. Məncə, özünü bir az da inkişaf etdirməlidi".

Baş məşqçi Moldovanın daha çox qol imkanları olduğunu etiraf edib: "Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Onların yaratdığı epizodlar bizim diqqətsizliyimizin nəticəsi idi. Yəqin ki, Moldovanın məşqçisi  komandasının oyunundan razı qalıb. Futbolçuları onun tapşırıqlarını yerinə yetiriblər".

Qurbanov yığmamızı Millətlər Liqasında da çətin oyunlar gözlədiini bildirib: "Bu gün bütün komandalar müdafiə oluna bilir. Rəqibi analiz etmək o qədər də çətin deyil. Bu cəhətdən Millətlət Liqasında da çətin olacağını bilirik. Ancaq bunun üzərində çalışmalıyıq.