Moldovanlar nəticədən narazı qalıb

Futbol 31.01.2018 10:48
Moldovanlar nəticədən narazı qalıb
353 Dəfə oxunub
Moldova yığmasının üzvü Vladimir Ambros millimizlə oyundan sonra (0:0) jurnalistlərə açıqlama verib. O, görüşün maraqlı keçdiyini bildirib:"Matçdan zövq aldım. Yaxşı çıxış etdik, xeyli qol imkanı yaratdıq".

Bununla belə, 25 yaşlı hücumçu nəticədən narazı qalıb: "Tablodakı hesabdan yox, göstərdiyimiz oyundan razıyıq. Yaratdığımız epizodlara əsasən, qələbə qazana bilərdik".

Daha bir moldovalı hücumçu Vitali Damaşkan isə yığmadakı debütündən söz açıb: "Bu, mənim üçün unudulmaz an və xoş xatirədir. Yığmaya dəvət alaraq, debüt imkanı qazanmağımdan məmnunam. Lakin öz oyunumdan razı deyiləm və bununla qane olmuram. Əminəm ki, daha yaxşısını bacararam. Sübut etdik ki, top-səviyyəli komanda ilə oynaya bilərik. Matçın gözəl alındığına əminəm".